"Sabah" "Sent Patriks"ə qarşı oynayacaq

İdman

02.08.2024 09:21

"Sabah" klubu da avrokuboklarda mərhələ adlayıb. 

TodayPress xəbər verir ki, Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa “Makkabi”si ilə cavab matçına çıxıb.

Səfərdə 3 cavabsız qolla qalib gələn Krunoslav Renduliçin komandası doğma azarkeşləri qarşısında üstünlüyün qoruya bilməyib. Oyunun əsas vaxtı rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Əlavə vaxtda isə 1:1 hesabı qeydə alınıb. Yekunda "Sabah" penalti zərbələri seriyasında daha dəqiq olaraq, mərhələ adlayıb.

Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində "Sent Patriks" klubu ilə qarşılaşacaq. İrlandiya təmsilçisi Lixtenşteynin "Vaduts" klubundan üstün olub.

Namiq HUN

tag: Sabah, Sent Patriks, Vaduts, İrlandiya, UEFA, todaypress.az,