“Sabah” Raxmonaliyevi rənglərinə qatdı

İdman

28.01.2025 19:30

1902

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

TodayPress paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, özbəkistanlı futbolçu Umarali Raxmonaliyevin keçidi ilə bağlı Rusiyanın “Rubin” (Kazan) klubu ilə razılıq əldə edilib. 

Raxmonaliyev icarə əsasında “Sabah”ın uğurları üçün çalışacaq. Futbolçu ilə icarə müqaviləsinin müddəti 1 ildir.

Qeyd edək ki, Umarali karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. O, Özbəkistanın U-23 millisinin üzvüdür. Yarımmüdafiəçi yığmada keçirdiyi 16 oyunda 3 qol vurub.

Namiq HUN

tag: Sabah,Klub,Umarali Raxmonaliyev,Rubin,Futbolçu,todaypress.az,