“Sabah” qələbəni əldən verdi
İdman
07.11.2024 09:13
“Sabah” basketbol klubu növbəti avrokubok matçına çıxıb.
TodayPress xəbər verir ki, Azərbaycan çempionu FIBA Avropa kubokunun V turu çərçivəsində Yunanıstanda “Marussi” klubunun qonağı olub.
“Sabah” səfər qarşılaşmasında Bakıdakı 70:82 hesablı məğlubiyyətin revanşını almaq istəsə də, bu baş tutmayıb. Təmsilçimiz böyük fasiləyə üstün yollansa da, sonradan meydan sahibləri hesabı öz xeyirlərinə dəyişə biliblər. 15 xallıq fərq yekun nəticədə “Marussi”nin qələbə qazanması üçün kifayət edib 82:71 (12:15, 19:22, 31:16, 20:18).
Namiq HUN
tag: Sabah, Basketbol, Azərbaycan, Marussi, todaypress.az,