"Sabah" qələbəni əldən verdi
İdman
09.11.2024 21:57
Misli Premyer Liqasının XIII turunda
"Sabah" "Kəpəz"lə heç-heçə edib.
TodayPress xəbər verir ki, "Bank Respublika
Arena"da baş tutan görüşdə qalib müəyyənləşməyib - 2:2.
Hesabı qonaqlar açıb. 4-cü dəqiqədə Orxan Əliyev dəqiq
zərbə müəllifi olub. 32-ci dəqiqədə o, növbəti dəfə adını tabloya yazdırıb.
O.Əliyev bu dəfə avtoqolla yadda qalıb. 73-cü dəqiqədə Kahim Parris
"bayquşlar"ı hesabda irəli çıxarsa da, final fitinə 1 dəqiqə qalmış
Nicat Süleymanov qərb təmsilçisini məğlubiyyətdən xilas edib.
Turnir cədvəlində "Sabah" 18 xalla beşinci,
"Kəpəz" isə 7 xalla sonuncu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında
"Neftçi" "Şamaxı" (2:2) ilə, "Səbail" isə
"Turan Tovuz"la (1:1) heç-heçə edib.
tag: Futbol, Idman, Kəpəz, Neftçi, Səbail, todaypress.az,