“Sabah” “Nörçöppinq”ə qarşı
İdman
13.11.2024 12:15
“Sabah” basketbol klubu bu gün avrokubokda növbəti oyununa çıxacaq.
TodayPress xəbər verir ki, Azərbaycan çempionu FIBA Avropa kubokunun VI turunda İsveçdə “Nörçöppinq” klubunun qonağı olacaq.
Nörçöpinq, Stadium Arena qarşılaşması Rimas Kurtinaytisin yetirmələri üçün formal xarakter daşıyacaq. “Sabah” G qrupunda keçirdiyi 5 matçın hamısında məğlub olub.
Komandamız sadəcə Bakıda 70:74 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışacaq.
“Nörçöppinq” - “Sabah” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Namiq HUN
tag: Sabah, Arena, Rimas Kurtinaytisin, FIBA, todaypress.az,