“Sabah” “Marussi”ni ram edə bilmədi
İdman
17.10.2024 09:28
“Sabah”ın kişi basketbolçulardan ibarət komandası FIBA Avropa Kubokunda növbəti matçına çıxıb.
TodayPress xəbər verir ki, G qrupunda yer alan kollektiv II turda Yunanıstan təmsilçisi “Marussi” ilə qarşılaşıb.
Bakı İdman Sarayında keçirilən matç rəqibin 82:70 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi “Sabah” klubu ilk turda səfərdə Belçikanın “Spiru” komandasına 81:82 hesabı ilə məğlub olub.
Namiq HUN
tag: Sabah, Basketbol ,Rimas,FIBA ,todaypress.az,