“Sabah” lideri ilə vidalaşdı
“Sabah” basketbol klubu amerikalı basketbolçusu ilə vidalaşıb.
TodayPress xəbər verir ki, Azərbaycan çempionu De Andre Baldvinlə yollarını ayırıb.
29 yaşlı basketbolçu ilə qarşılıqlı razılığa əsasən müqaviləyə xitam verilib.
Baldvin cari mövsümün əvvəlində “Sabah”la 2 illik müqavilə imzalamışdı. O, bu il avrokuboklarda paytaxt təmsilçisinin ən yaxşılarından olub.
Namiq HUN
tag: Sabah ,basketbol ,mövsüm, Müqavilə ,todaypress.az,