“Sabah” heyətini təqdim etdi

İdman

04.10.2024 11:40

Kişi basketbolçulardan ibarət “Sabah” klubu Avropa kuboku turniri üçün heyətini açıqlayıb. 

TodayPress xəbər verir ki, paytaxt təmsilçisi FIBA-ya 16 oyunçu sifariş edib.

Baş məşqçi Rimas Kurtinaytis qitəmiqyaslı turnirdə Kam Ron, Klavs Kavars, Artyoms Butyankovs, Trevon Duval, Hassani Qravett, Mihael Holton, Deandre Balduin və Andrey Voynayoviçin bacarığından faydalanmağa çalışacaq. 

Litvalı mütəxəssis yerli basketbolçulardan isə Aydın İbrahimov, Tariyel Yusifzadə, Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Endar Poladxanlı, Əlikamran Məmmədov, Ramiz Quliyev və Şirzad Şirzadova güvənir. 

Qeyd edək ki, “Sabah” qrup mərhələsində ilk oyununu oktyabrın 9-da Belçikada “Spirou” klubuna qarşı keçirəcək.

Namiq HUN

tag: Baş Məşqçi ,Litva, Basketbolçu ,Sabah ,Avropa ,todaypress.az,