“Sabah” finala yüksəldi
Azərbaycan Basketbol Liqasında ilk finalçının adına aydınlıq gəlib.
TodayPress xəbər verir ki, “Sabah” həlledici raunda vəsiqə qazanıb.
Paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda səfərdə “Şəki” klubuna 96:72 hesabı ilə qalib gəlib. “Sabah” klubu ilk görüşü 86:73 hesabı ilə qazanıb.
Qeyd edək ki, ikinci yarımfinal qarşılaşmasında “Neftçi” və “Abşeron” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.
İlk matç “Neftçi”nin 97:93 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Sabah,Basketbol,Final,Qələbə,Todaypress.az,