"Sabah" Elvin Camalovla vidalaşdı
İdman
22.01.2025 18:20
"Sabah" klubu futbolçusu Elvin Camalovla yollarını ayırıb.
TodayPress paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yarımmüdafiəçinin ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi müsbət qarşılıq verilib.
Camalov “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla görüşərək, onlarla sağollaşıb.
Elvin karyerasını “Neftçi” klubunda davam etdirəcək.
Qeyd edək ki, Elvin Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışıb. Komandada kapitanlıq sarğısını daşıyan yarımmüdafiəçi “Sabah”ın heyətində ümumilikdə 113 oyun keçirib.
Namiq HUN
tag: Sabah,İdman,Futbol,Premyer Liqa,todaypress.az,