"Sabah" basketbol klubu FIBA Avropa Kubokunda ilk qələbəsini qazandı
İdman
14.11.2024 05:12
"Sabah" basketbol klubu FIBA
Avropa Kubokunda ilk qələbəsini qazanıb.
TodayPress-in məlumatına görə, Rimas Kurtinaytisin
rəhbərlik etdiyi kollektiv G qrupunda İsveç təmsilçisi "Norrçepinq
Dolfins"ə 83:75 hesabı ilə qalib gəlib.
"Bayquşlar" əvvəlki qarşılaşmaların
nəticələrinə əsasən FIBA Avropa Kubokunda mübarizəni dayandırıb.
Qeyd edək ki, "Sabah" daha əvvəl hər iki
görüşdə Yunanıstanın "Marussi" kollektivinə uduzub - 70:82, 71:82.
Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın
"Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, "Norrçepinq
Dolfins"ə isə Bakıda 70:74 hesabı ilə yenilib.
tag: FIBA, Sabah, Yunanıstan, Marussi, Belçika, Rimas, todaypress.az,