“Sabah” baş məşqçisi ilə vidalaşdı
İdman
25.11.2024 14:55
“Sabah” futbol klubu baş məşqçisi Krunoslav Renduliçlə yollarını ayırıb.
TodayPress xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub Renduliçə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Renduliç 2024-cü ilin martında "Sabah"a baş məşqçi təyin edilmişdi.
Paytaxt təmsilçisi cari mövsüm onun rəhbərliyi altında Premyer Liqada keçirdiyi 14 oyundan yalnız 4-də qələbə qazanıb, 7 heç-heçə edib, 3 görüşdə isə uduzub.
Komanda hazırda 19 xalla ilk beşlikdə yer alsa da, rəhbərliyin ambisiyaları daha böyükdür.
Namiq HUN
tag: Sabah, Məşqçi, Renduliç, Komanda, todaypress.az,