"Sabah" Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti komanda oldu

İdman

04.12.2024 04:18

"Sabah" Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti klub olub.

TodayPress xəbər verir ki, paytaxt təmsilçisi 1/8 final mərhələsinin Tovuz şəhər stadionunda keçirilən oyununda "Turan Tovuz"u penaltilər seriyasında məğlub edib.

Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Meydan sahiblərinin heyətində Aleks Souza (28) və Otto Con (113) fərqləniblər. Qonaq komanda da isə Con İrasabal (45+2) və Neqoş Kupusoviç (117) adlarını tabloya yazdırıblar.

11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (3:1) Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv növbəti mərhələyə adlayıb. "Sabah"ın 1/4 finalda rəqibi "Sumqayıt" - MOİK cütünün qalibi olacaq.

Qeyd edək ki, daha əvvəl baş tutan matçların nəticələrinə görə "Səbail" və "Araz-Naxçıvan" 1/4 finala vəsiqə əldə edib.

 

tag: Sabah, Futbol, Kubok, Turan- Tovuz, todaypress.az,