"Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi
"Sabah" və "Araz-Naxçıvan" kollektivlərinin duelində
qalib müəyyənləşməyib.
TodayPress-in xəbərinə görə, “Bank Respublika Arena”da keçirilən görüşdə
2:2 hesablı heç-heçə qeydə alınıb.
Meydan sahiblərinin heyətində Xəyal Əliyev (7) və Sofian
Çakla (64) adını tabloya yazdırıb. Qonaq komandadan isə Bernardo Diasla (12)
Ülvi İsgəndərov (72) dəqiq zərbə müəllifi olublar.
"Araz-Naxçıvan" turnir cədvəlində 46 xalla
dördüncü, "Sabah" isə 34 xalla beşincidir.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında
"Şamaxı" "Səbail"i, "Qarabağ"
"Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı
ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" -
"Neftçi" matçı ilə yekun vurulacaq.
tag: Sabah, Araz- Naxçıvan, Arena, Zirə, Sumqayıt, todaypress.az,