Rzazadə WKF-in reytinqində üçüncüdür

İdman

24.04.2025 15:39

8

Dünya Karate Federasiyası (WKF) Qahirədə keçirilən mərhələdən sonra Premyer Liqanın reytinq cədvəlini açıqlayıb.   

TodayPress xəbər verir ki, seriyada keçirilən üç turnirdən sonra Azərbaycan idmançıları arasında ən yaxşı nəticəyə Nuran Rzazadə (67 kq) malikdir. 

Çində Premyer Liqanın bürünc medalını qazanan karateçimiz 960 xalla üçüncü yerdədir. 

Hesabında Çin turnirinin bürünc mükafatı olan Fərid Ağayev (75 kq) isə öz çəki kateqoriyasında beşincidir 

Qeyd edək ki, hər iki karateçi mayın 30-da Mərakeşin Rabat şəhərində keçiriləcək Premyer Liqanın final mərhələsində çıxış edəcək. 

Namiq HUN

tag: Nuran Rzazadə,Karate,Reytinq,Uğur,Todaypress.az,