Rzayevdən Avstriyada uğurlu start

İdman

15.03.2025 17:02

1390

Polad Rzayev ilk beynəlxalq turnirində həlledici mərhələyə vəsiqə qazanıb.   

TodayPress xəbər verir ki, paralimpiyaçımız Polad Rzayev Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində rəsmi debüt edib. 

LW3 kateqoriyası üzrə mübarizə aparan idmançımız ilkin mərhələni 1:40.19 nəticə ilə uğurla başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb. 

Qeyd edək ki, ilkin mərhələdə çıxış edən 28 paralimpiyaçıdan 17-si əsas mərhələdə çıxış edəcək. 

Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.   

Namiq HUN

tag: Polad Rzayev,Paralimpiya,Dağ,Xizək,Todaypress.az,