Rzayev para-dağ xizəyində iştirak hüququ qazandı
Azərbaycan paralimpiyaçısı Polad Rzayev ABŞ-nin Kolorado ştatında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən keçirilən tibbi təsnifatda iştirak edib.
TodayPress xəbər verir ki, para-dağ xizəkçisi LW3 kateqoriyası (dizdən aşağı iki ayağın amputasiyası) üzrə ömürlük iştirak hüququna yiyələnib.
Polad Rzayev beynəlxalq yarışlarda və Qış Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirlərdə iştirak edə biləcək.
Qeyd edək ki, Vətən müharibəsinin iştirakçısının yarışlara hazırlığı və iştirakı üçün Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında razılıq əldə olunub.
Namiq HUN
tag: Polad Rzayev,Paralimpiya,Dağ,Xizək,Todaypress.az,