Rzayev LW3 kateqoriyasında ikinci oldu

İdman

01.04.2025 12:12

1257

Azərbaycan paralimpiyaçısı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində öz kateqoriyasında ikinci olub.   

TodayPress Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, LW3 kateqoriyasında çıxış edən Rzayev ilkin mərhələni 1:26.69 nəticə ilə ikinci pillədə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb. 

Həlledici mərhələdə 1:22.78 nəticə ilə finişə çatan paralimpiyaçı yarışı öz kateqoriyasında ikinci, qarışıq kateqoriyalar üzrə isə 14 nəfər arasında 13-cü yerdə bitirib.   

Namiq HUN

tag: Polad Rzayev,Paralimpiya,Dağ,Xizək,Todaypress.az,