Ruz göydələnlər arasında gəzdi
İdman
13.01.2025 15:22
Üçqat dünya sleklayn çempionu Yaan Ruz Dubayda məşhur “D” (“Əmirlik qüllələri”) göydələnləri arasında növbəti tryukunu reallaşdırıb.
TodayPress xəbər verir ki, o, yerdən 224 metr hündürlükdə gəzib.
Estoniyalı akrobat 100 metr məsafəni irəli və geri qət edib.
Kəndirbazın gəzintisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən üçüncü “Bir milyard izləyici Sammiti”nə həsr olunub.
Xatırladaq ki, daha əvvəl Yaan Ruz Asiyadan Avropaya Bosfor boğazını kanat üzərində keçib. Məşhur akrobatın keçidi ötən ilin sentyabrında baş tutub. O zaman Ruz yerdən 165 metr hündürlükdə təxminən 1.1 min metr məsafəni qət edib.
Namiq HUN
tag: Avropa ,Bosfor ,Boğaz ,Göydələn ,Asiya, todaypress.az,