Ruud van Nistelroy “Lester”də

İdman

30.11.2024 09:45

“Lester” futbol klubu yeni baş məşqçisinin adını açıqlayıb.

TodayPress xəbər verir ki, Lester təmsilçisini Ruud van Nistelroy çalışdıracaq. 

Niderlandlı mütəxəssislə 2027-ci il yayına qədər müqavilə imzalanıb.

O, bu postda istefaya göndərilən Stiven Kuperi əvəzləyib. Nistelroy klubun rəsmi saytına verdiyi açıqlamada komanda ilə əmədaşlıqdan fəxr hissi keçirdiyini deyib.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis cari mövsümə “Mançester Yunayted”də köməkçi-məşqçi vəzifəsində başlayıb. Erik ten Haaq “qırmızı şeytanlar”dan qovulduqdan sonra Nistelroy klubda baş məşqçi vəzifəsini icra edib.

Namiq HUN

tag: Lester, Stiven Kuper, Erik Ten Haaq, Qırmızı Şeytanlar, todaypress.az,