Rusiyanın FIDE-yə üzvlüyü bərpa olundu
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komissiyasının Apellyasiya Palatası qurumun Rusiya Şahmat Federasiyasının (RŞF) üzvlükdən məhrum edilməsi barədə qərarını ləğv edib.
TodayPress xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya tərəfinin müraciətinə baxılıb. Üzvlükdən məhrumetmə qərarı 45 min avro cərimə ilə əvəzlənib.
Xatırladaq ki, Rusiya Şahmat Federasiyası iyunun 7-də FIDE-nin üzvlüyündən məhrum edilmişdi. Buna səbəb kimi sanksiyaların tətbiq olunduğu şəxslərin RŞF-nın himayədarları siyahısında olması göstərilib.
Namiq HUN
tag: Rusiya,Beynəlxalq Şahmat Federasiyası,FIDE,Himayədarlar ,Sanksiyalar, todaypress.az,