Rusiyalı xokkeyçi NHL-in tarixinə düşüb

İdman

29.12.2024 14:45

"Vaşinqton" klubunun rusiyalı xokkeyçisi Aleksandr Oveçkin NHL-in tarixinə düşüb.

TodayPress xəbər verir ki, o, NHL tarixində ardıcıl 14 mövsüm ən azı 40 qol vuran ilk oyunçu olub.

39 yaşlı hokkeyçi bu göstəriciyə "Toronto" ilə matçda imza atıb.

Qeyd edək ki, "Toronto" - "Vaşinqton" qarşılaşması birincilərin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

tag: Vaşinqton,Xokkey,Aleksandr Oveçkin,NHL,Toronto,todaypress.az,