Rusiyalı qolkiper Messini qabaqladı

İdman

21.10.2024 11:32

Moskvanın ÇSKA futbol klubunun qolkiperi İqor Akinfeyev bir komandada keçirdiyi matçların sayına görə Lionel Messini qabaqlayıb.

TodayPress xəbər verir ki, Akinfeyev Rusiya Premyer Liqasının XII turunun “Dinamo Mahaçqala” - ÇSKA (1:0) görüşündə iştirak edərək, karyerasında 779-cu dəfə paytaxt təmsilçisinin heyətində meydana daxil olub. Lionel Messi isə “Barselona” forması ilə 778 oyun keçirib.

Xatırladaq ki, bir klubda ən çox oyun keçirən rekordçu “Mançester Yunayted”də 963 görüşdə meydana çıxan Rayan Giqqzdir.

Qeyd edək ki, bütün karyerasını paytaxt təmsilçisində keçirən Akinfeyev ÇSKA ilə 6 dəfə Rusiya çempionu, 7 dəfə ölkə kuboku və Superkubokunun, eyni zamanda UEFA Kubokunun qalibi olub.

Namiq HUN

tag: Rusiya, Messi, Mançester Yunayted, UEFA, Premyer Liqa, todaypress.az,