Rusiyalı qapıçı NHL-in tarixinə düşdü

İdman

15.11.2024 12:30

ABŞ-nin “Tampa-Bey Laytninq” hokkey klubunun rusiyalı qapıçısı Andrey Vasilevski Milli Hokkey Liqasının (NHL) tarixinə düşüb.

TodayPress xəbər verir ki, o, NHL-də 300 qələbəyə ən tez çatan qolkiper olub.

Vasilevskiyə 490 oyun kifayət edib.

Əvvəlki rekord Jak Planta məxsus idi. O, 300 qələbə həddinə 521 oyunda çatıb.

Namiq HUN

tag: ABŞ,Tampa-Bey Laytninq, Hokkey, NHL, Qələbə, todaypress.az,