Rusiyalı milyarder “Qoritsa” klubunu alır
İdman
26.10.2024 10:21
Rusiyalı milyarder Denis Ştenqelov Xorvatiyanın “Qoritsa” futbol klubuna sərmayə qoymağa hazırlaşır.
TodayPress “Sportske novosti”yə istinadən xəbər verir ki, Ştenqelov 2025-ci ilin birinci yarısında komandanın tam hüquqlu sahibinə çevrilməlidir.
Qeyd edək ki, “Qoritsa” Xorvatiyanın yüksək liqasında çıxış edir və 10 turdan sonra turnir cədvəlində sonuncu, 9-cu yeri tutur.
“Forbes” 2009-cu ildən Avstraliyada yaşayan 52 yaşlı Ştenqelovun sərvətini 1,3 milyard dollar qiymətləndirir. O, ən zəngin ruslar siyahısında 94-cü, dünya reytinqində isə 2133-cü yerdədir.
Namiq HUN
tag: Rusiya, Denis Ştenqelov, Xorvatiya, Avstraliya, todaypress.az,