Rusiyalı kayakçı Moskvada döyüldü
İdman
06.01.2025 12:38
Avarçəkmə üzrə Rusiya çempionu Kirill Lyapunov təcavüzə məruz qalıb.
TodayPress ŞHOT-a istinadən xəbər verir ki, rusiyalı kayakçı Moskvada döyülüb.
Hadisə paytaxtın Tverskaya küçəsində baş verib. İdmançı yoldan keçən naməlum şəxslər tərəfindən döyüldüyünü bildirib. O, hücum edənlərin dəqiq sayını deyə bilməyib.
Lyapunovda yanaq sümüyünün və göz yuvasının sınığı, gözlərdə, göz qapaqlarında və üzündə çoxsaylı qançırlar aşkar edilib. İdmançı xəstəxananın üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, 38 yaşlı Lyapunov ikiqat Universiada çempionudur. O, həmçinin Avropa çempionatının gümüş mükafatçısı olub. Kirill 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarınıa iştirak edib.
Namiq HUN
tag: Tverskaya ,Lyapunov, Kayakçı ,İdmançı ,todaypress.az,