Rusiyalı idmançının qazandığı medal əlindən alındı

İdman

07.12.2024 17:05

Rusiyalı ağırlıqqaldıran Albert Sayaxov antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

TodayPress xəbər verir ki, bu barədə Beynəlxalq Test Agentliyi məlumat yayıb. İdmançının qayda pozuntusuna 2012-ci ildə yol verdiyi açıqlanıb.

Bununla da A.Sayaxovun 2013-cü ildə Albaniyada keçirilmiş Avropa çempionatında qazandığı gümüş medal əlindən alınıb.

tag: Albaniya ,Avropa ,Rusiya, Qayda, todaypress.az,