Rusiyalı idmançı UFC-dən qovuldu
Viktoriya Dudakova Mütləq Döyüş Çempionatı (UFC) yarışlarından kənarlaşdırılıb.
TodayPress xəbər verir ki, RBC agentliyi məlumat yayıb.
Dudakova bir neçə gün əvvəl amerikalı Fatima Kleynə ikinci raundda texniki nokautla məğlub olub.
Döyüş başa çatdıqdan sonra Viktoriya ona yaxınlaşaraq təsəlli vermək istəyən məşqçisi Həsənəli Həsənəliyevə şillə vurub.
Sonradan Viktoriya Dudakova etdiyi hərəkətə görə üzr istəsə də, UFC onun davranışını qəbuledilməz sayaraq yarışlardan kənarlaşdırıb.
Namiq HUN
tag: UFC,Viktoriya Dudakova, İdman,MMA,todaypress.az,