Rusiyalı hokkeyçiyə “Mayk” ləqəbi verildi
İdman
14.01.2025 16:42
Milli Hokkey Liqasının (NHL) “Filadelfiya Flayers” klubunda çıxış edən 20 yaşlı rusiyalı hücumçu Matvey Miçkova “Mayk” ləqəbi verilib.
TodayPress xəbər verir ki, bu barədə jurnalist Eşlin Sallivan “X” sosial şəbəkəsində məlumat yayıb.
Ləqəbi Miçkova komanda yoldaşı Rayan Polinq verib. O, Miçkovun NHL oyunçuları arasında ən böyük boyuna sahib olduğunu və bunun boksçu Mayk Taysona bənzədiyini deyib. Nəticədə bu ləqəb komandanın digər üzvləri tərəfindən də istifadə olunmağa başlayıb.
Qeyd edək ki, cari mövsümdə Miçkov meydana çıxdığı 42 oyunda 31 xal toplayıb. O, 13 qol vurub və 18 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Matvey Miçkov 2024-cü ilin iyununda “Filadelfiya Flayers” klubuna qoşulub.
Namiq HUN
tag: Miçkov, Xokkey, Boksçu, Ləqəb,todaypress.az,