Rusiyalı hokkeyçi dopinq qəbulunda yaxalandı

İdman

13.11.2024 13:10

Rusiyalı hokkeyçi Maksim Makarov antidopinq qaydalarının pozulmasına görə 20 aylıq diskvalifikasiya edilib.

TodayPress TASS-a istinadən xəbər verir ki, test hokkeyçinin dopinqdən istifadə etdiyini göstərib.

Diskvalifikasiya barədə qərar 2023-cü il dekabrın 21-dən qüvvəyə minib. 

30 yaşlı hokkeyçinin cəza müddəti 2025-ci il avqustun 21-də başa çatacaq.

Qeyd edək ki, Makarov Sankt-Peterburq hokkey məktəbinin yetirməsidir. O, 2020-ci ildən Fransanın ikinci divizionunda çıxış edən “Marsel” klubunun formasını geyinir.

Namiq HUN

tag: Rusiya, Hokkey, Maksim Makarov, Cəza,Sankt-Peterburq, Dopinq, todaypress.az,