Rusiyalı hokkeyçi Amerika klubunun tarixində rekorda imza atdı

İdman

31.12.2024 12:30

Amerika Milli Hokkey Liqası NHL təmsilçisi "Nyu-York Reyncers"in rusiyalı üzvü Artyomi Panarin klubun tarixində rekorda imza atıb.

TodayPress xəbər verir ki, o, 500 xal həddinə ən tez çatan oyunçu olub.

Bu, "Florida Panters"ə qarşı (3:5) matçda reallaşıb. Qarşılaşmada məhsuldar ötürmə ilə fərqlənən Panarin 500 xal həddinə digər oyunçulardan daha tez - 384 matç ərzində çatıb.

Rusiyalı hücumçu, həmçinin klub tarixində bu göstəriciyə çatan 14-cü oyunçu olub.

Qeyd edək ki, hikkeyçi NHL-in cari mövsümündə 34 matçda 16 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

tag: Amerika,Milli Hokkey Liqası,NHL ,Nyu-York Reyncers, Artyomi Panarin,todaypress.az,