Rusiyalı hokkeyçi 3 oyunluq cəzalandırıldı
İdman
18.01.2025 15:15
"Nyu-York Aylanders" hokkey klubunun rusiyalı hücumçusu Maksim Tsıplakov, qayda pozuntusuna görə üç oyunluq diskvalifikasiya alıb.
TodayPress Milli Hokkey Liqasının (NHL) Oyunçu Təhlükəsizliyi Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tsıplakovun diskvalifikasiyasına səbəb onun "Filadelfiya" ilə oyunda amerikalı hücumçu Rayan Peylinqə başından zərbə endirməsi olub.
Tsıplakovun tətbiq etdiyi güc fəndi qaydalara uyğun hesab edilmədiyindən hokkeyçi Təhlükəsizliyi Departamenti tərəfindən cəzalandırılıb.
Qayda pozuntusundan sonra Peylinqin oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, oyun "Filadelfiya" komandasının 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Cari il 26 yaşlı Maksim Tsıplakov üçün NHL-də debüt mövsümüdür. O, 44 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Hokkey, İdman, NHL, Rusiya, Filadelfiya, todaypress.az,