Rusiyalı dünya çempionu cəzalandırıldı
Beynəlxalq Test Agentliyi (ITA) rusiyalı boksçu Qriqori Drozdu dörd il müddətinə diskvalifikasiya edib.
TodayPress xəbər verir ki, o, antidopinq qaydalarını pozduğuna görə cəzalandırılıb.
WBC-də yüngül çəkidə çempion olmuş Drozdun diskvalifikasiyasının müddəti 2028-ci ilin sentyabrında başa çatacaq.
Onun 2014-cü il sentyabrın 28-dən 2024-cü il sentyabrın 9-dək olan bütün nəticələri ləğv edilib.
Qeyd edək ki, sabiq boksçu 2014-2016-cı illərdə WBC-də çempionluq kəmərinin sahibi olub.
Qriqori Drozd peşəkar rinqdə 40 qələbə qazanıb və yalnız 1 döyüşdə məğlubiyyətlə barışıb. O, 2017-ci ildə karyerasını bitirib.
Namiq HUN
tag: Qriqori Drozd,Çempion,Cəza,Qələbə,Todaypress.az,