Rusiyalı döyüşçü UFC-nin lideridir

İdman

09.10.2024 13:40

2224

İslam Mahaçev Mütləq Döyüş Çempionatının (UFC) "Pound for Pound" reytinq siyahısında liderliyini qoruyub. 

TodayPress xəbər verir ki, Mahaçevin aktivində 26 qələbə və 1 heç-heçə var. O, hələ məğlub olmayıb.

Rusiyalı döyüşçünü Aleks Pereyra (12, 2, 0) izləyir. O, son döyüşdə Xəlil Rountrini məğlub etsə də, zirvəni ələ keçirə bilməyib.

Reytinq cədvəlinin 3-cü pilləsində isə amerikalı döyüşçü Con Cons qərarlaşıb (27, 1, 0).

Namiq HUN

tag: İslam Mahaçev ,Mütləq Döyüş Çempionatı ,Aleks Pereyra ,Zirvə ,Con Cons ,todaypress.az,