Rusiyalı cüdoçular BOK-un qərarını qəbul etmədilər
İdman
29.06.2024 01:24
Rusiya cüdoçuları Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməkdən imtina edib.
TodayPress xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 4 rusiyalı cüdoçuya neytral bayraq altında çıxış etmək hüququ verib.
Rusiyalı cüdoçular - Valeriy Endovitskiy, Maxmadbek Maxmadbekov, Elis Startseva və Dali Liluaşvili lisenziyadan imtina ediblər. Cüdoçular BOK-un qərarı ilə razılaşmadıqlarını bildiriblər.
Qeyd edək ki, ümumilikdə Rusiyanın 17 cüdoçusu Olimpiadada çıxış etmək hüququ qazanıb. Amma BOK bu idmançılardan yalnız 4-nə icazə verib. Bu qərarla barışmayan ruslar Parisə getməyəcəklər.
Paris Olimpiadasında cüdo yarışları iyulun 27-dən avqustun 3-dək keçiriləcək.
Namiq HUN
tag: Cüdo, Beynəlxalq Olimpiya Komitəsi, Paris,Rusiya, todaypress.az,