Rusiyalı avarçəkənlər dünya çempionatından imtina etdilər

İdman

08.09.2024 13:40

Rusiyalı idmançılar sentyabrda İtaliya və İspaniyada keçiriləcək slalom avarçəkmə üzrə Dünya Kubokunda iştirak etməyəcəklər.

TodayPress xəbər verir ki, bu barədə Rusiya millisinin baş məşqçisi Maksim Obraztsov məlumat yayıb.

“Biz bu turnirlərə getməmək qərarına gəldik. Ciddi logistika məsələləri həll edilməlidir. Bundan başqa, giriş vizalarının alınmasında problemlər yarana bilər. Üstəlik, iyulda Slovakiyada keçiriləcək dünya çempionatı üçün ərizə ilə bağlı artıq xoşagəlməz təcrübəmiz də var” deyə o, bildirib.

Töhfə Səməd

tag: Avarçəkmə,Slalom,Rusiya,İdmançı,İspaniya,İtaliya,todaypress.az,