Rusiyalı atletlər körpücüyə qayıdırlar

İdman

19.03.2025 15:10

1032

Rusiyalı ağırlıqqaldıranlar 3,5 ildən sonra ilk dəfə dünya çempionatında iştirak edəcəklər.   

TodayPress xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb. 

Rusiya yeniyetmələr və gənclər arasında baş tutacaq mundial üçün 33 atlet sifariş edib.

Yarış aprelin 30-dan mayın 5-dək Perunun paytaxtı Limada keçiriləcək. 

Rusiya millisi dünya çempionatına neytral statusla, Beynəlxaq Ağırlıqqaldırma Federasiyasının (IWF) bayrağı altında qatılacaq.   

Qeyd edək ki, Rusiya sonuncu dəfə Ukrayna ilə müharibədən əvvəl - 2021-ci ildə gənclər və yeniyetmələr arasında dünya çempionatına qatılıb.

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) qərarına əsasən, Rusiya və Belarus idmançıları yalnız IWF-nin himayəsi altında keçirilən turnirlərə neytral statusda buraxıla bilərlər.   

Namiq HUN

tag: Rusiya,Ağırlıqqaldırma,Atlet,Çempionat,Todaypress.az,