Rusiyada Kurban Berdıyevin rekordu təkrarlandı

İdman

19.10.2024 12:30

“Zenit” futbol klubu Rusiya Premyer Liqasının rekordunu təkrarlayıb.

TodayPress xəbər verir ki, Premyer Liqanın XII turunda “Akron” üzərində (5:0) səfər qələbəsi qazanan Sankt-Peterburq təmsilçisi keçirdiyi ilk 12 görüşün 9-da qol buraxmayıb.

“Zenit” son 14 ildə bunu bacaran yeganə komandadır.

Belə nəticə sonuncu dəfə 2010-cu ildə qeydə alınıb. O zaman “Rubin” klubu ilk 12 oyunun 9-da qapısını toxunulmaz saxlamışdı. Kazan təmsilçisi hazırda “Turan Tovuz”u çalışdıran Kurban Berdıyevin rəhbərliyi altında bu göstəriciyə imza atmışdı. 

Namiq HUN

tag: Rusiya, Premyer Liqa, Zenit, Rubin, todaypress.az,