Rusiyada idmançılardan 11 mindən çox dopinq nümunəsi götürüldü

İdman

11.01.2025 18:30

Rusiya Antidopinq Agentliyinin (RUSADA) dopinq nəzarəti müfəttişləri 2024-cü ildə idmançılardan 11 070 dopinq nümunəsi götürüblər.

TodayPress xəbər verir ki, RUSADA-nın mətbuat xidmətindən “TASS”a verilən məlumata görə, agentliyin sınaq proqramı çərçivəsində təkcə dekabrda 362 nümunə götürülüb.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə 12 ay ərzində 11 091, 2022-ci ildə isə 11 053 sınaq aparılıb.

Töhfə Səməd

tag: Rusiya,İdmançı,Dopinq, Nümunə ,todaypress.az,