Rusiya Futbol İttifaqının prezidenti bəlli oldu
Rusiya Futbol İttifaqının (RFU) prezidenti bəlli olub.
TodayPress xəbər verir ki, Aleksandr Dyukov yenidən qurumun rəhbəri seçilib.
Seçkilər təşkilatın Moskvada keçirilən konfransında baş tutub.
Dyukov seçkilərdə yeganə namizəd olub və o, yekdilliklə yenidən rəhbər seçilib.
Qeyd edək ki, 57 yaşlı A.Dyukov RFS prezidenti vəzifəsini 2019-cu il fevralın 22-dən icra edir.
tag: Rusiya ,RFU,Futbol ,Aleksandr Dyukov,todaypress.az,