Rusiya FIDE üzvlüyündən çıxarıldı

İdman

08.06.2024 16:33

 Rusiya iki il müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) üzvlüyündən çıxarılıb. 

TodayPress xəbər verir ki, bu qərar Ukrayna tərəfinin şikayəti əsasında qəbul edilib. 

Şikayətdə ölkənin nəzarətində olan və beynəlxalq ictimaiyyətin Ukrayna ərazisi kimi tanınan Donetsk, Luqansk, Zaporojye, eləcə də Krım bölgələrində fəaliyyət göstərən şahmat klublarının Rusiyanın Şahmat Federasiyasının üzvlüyünə qəbul edilməsi kəskin pislənilib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçə Rusiya Şahmat Federasiyasının Himayəçilər Şurasının üzvü olduğuna görə töhmət elan edilib. 

Qərar avqust ayından qüvvəyə minəcək.

Namiq HUN

tag: Rusiya, Dünya ,Şahmat, Üzv, Beynəlxalq Şahmat Federasiyası,todaypress.az,