Rusiya dünya çempionatından imtina etdi

İdman

12.11.2024 15:35

Rusiya ağırlıqqaldırma üzrə dünya çempionatında iştirak etməyəcək.

TodayPress xəbər verir ki, Rusiya Ağır Atletika Federasiyasının (RFAF) mətbuat xidməti məlumat yayıb. 

Qurumun prezidenti Dmitri Vasilenko səbəb kimi onların neytral statusla yarışlara qəbul edilməməsini göstərib. 

Qeyd edək ki, ağırlıqqaldırma üzrə dünya çempionatı dekabrın 4-dən 14-nə kimi Bəhreyndə keçiriləcək. 

Namiq HUN

tag: Rusiya, Ağır Atletika, Dmitri Vasilenko, Dünya, Çempionat,