Rusiya çempionu "dopinq" sanksiyası aldı

İdman

19.08.2024 16:31

1164

Ağırlıqqaldırma üzrə Rusiya çempionu Xas-Maqomed Balayev iki il müddətinə diskvalifikasiya edilib.

TodayPress xəbər verir ki, idmançı dopinqə görə cəzalandırılıb. 

Balayevin orqanizmindən götürülən dopinq nümunəsində qəbulu qadağan olunmuş maddə aşkarlanıb.

Qeyd edək ki, 24 yaşlı ağırlıqqaldıran 2022-ci ildə Rusiya çempionu olub. O, 2020 və 2021-ci illərdə isə  gümüş mükafat qazanıb.

Namiq HUN

tag: Rusiya, Xas- Maqomed, Dopinq, Çempion, Gümüş Mükafat, todaypress.az,