Rusiya Bruneyi darmadağın etdi
İdman
16.11.2024 10:05
Futbol üzrə Rusiya yığma komandası növbəti yoxlama oyununu keçirib.
TodayPress xəbər verir ki, komanda Bruney yığması ilə qarşılaşıb.
Görüş rusiyalı futbolçuların böyükhesablı qələbəsi ilə başa çatıb 11:0.
Oblyakovun dubl etdiyi matçda Morozov, Sadulayev, Krivtsov, Musayev, Mostovoy, Çernikov, Batrakov və Adamov hərəyə bir dəfə fərqləniblər.
Bruneyin böyükhesablı məğlubiyyətində Otman da avtoqolu ilə pay sahibi olub.
Valeri Karpinin komandası yoxlama matçları çərçivəsində daha əvvəl Serbiyaya (4:0), Belorusa (4:0) və Vyetnama (3:0) qalib gəlib.
Rusiya millisi noyabrın 19-də Suriya yığması ilə qarşılaşacaq.
Namiq HUN
tag: Rusiya, Bruney, Qələbə, Morozov,Matç, todaypress.az,