Rusiya ağırlıqqaldıranları körpücüyə qayıdırlar
İdman federasiyaları tərəfindən yarışlardan kənarlaşdırılan Rusiya təmsilçilərinin beynəlxalq arenaya qayıdışına gələn il start verilə bilər.
TodayPress xəbər verir ki, qərarını ləğv etmək niyyətində olan ilk federasiya Beynəlxalq Ağırlıqqaldırma Federasiyasıdır.
Bunu qurumun prezidenti Mohammed Calud açıqlayıb. O, bu gün keçirilən Konqresdə rusiyalı atletlərin yaxın zamanda yarışlara buraxılacağını bildirib.
Rusiya ağırlıqqaldıranları 2025-ci ildə keçiriləcək dünya və Avropa çempionatında iştirak edə biləcəklər.
Qeyd edək ki, 2025-ci ildə dünya çempionatı Norveçdə, Avropa çempionatı isə Moldovada təşkil olunacaq.
Namiq HUN
tag: İdman ,Rusiya,Ağırlıq,Mohammed Calud,todaypress.az,