Rumıniyalı gimnast haqsızlıqla üzləşdi
İdman
07.08.2024 09:05
Rumıniyanın baş naziri Marçel Çolaku Paris Olimpiadasının bağlanış mərasimini boykot edəcək.
TodayPress xəbər verir ki, buna səbəb idman gimnastikası yarışlarında rumıniyalı idmançıya qarşı edilmiş haqsızlıqdır.
Baş nazirin fikrincə, Ana Barbosu hakim haqsızlığı səbəbindən bürünc medaldan məhrum edilib:
"Gimnastikadakı qalmaqaldan sonra Parisə bağlanış mərasiminə getməyəcəm. Rumıniyalı idmançı ilə yaxşı davranmadılar. Gimnastımız qazandığı layiqli medaldan məhrum edildi. Bu, qəbulolunmazdır".
Qeyd edək ki, hakimlər sərbəst hərəkətlərlə çıxış zamanı amerikalı Cordan Çaylza verilən xalda dəyişiklik edərək, onun 5-ci pillədən 3-cü pilləyə yüksəlməsinə şərait yaradıblar. Bu səbəbdən Rumıniya gimnastı fəxri kürsüdən kənarda qalıb.
Namiq HUN
tag: Ruminiya, Gimnast, Paris,Marçel Çolaku, Bürünc, todaypress.az,