Rumınıya tennisinin peşəkarından vida
İdman
05.02.2025 10:26
Rumıniyalı tennisçi Simona Halep peşəkar karyerasını başa vurub.
TodayPress xəbər verir ki, o, Rumıniyada təşkil olunan Kluj-Napoka turnirindən sonra aktiv tennisdən ayrıldığını açıqlayıb.
33 yaşlı tennisçi ilk mərhələdə italiyalı Lyuçi Bronsettiyə uduzub 1:6, 1:6.
Qeyd edək ki, Halep 2022-ci ilin payızında dopinqə görə diskvalifikasiya olunub. O, 2024-cü ilin martında yenidən böyük tennisə qayıdıb.
Xatırladaq ki, Simona Halep “Böyük Dəbilqə” seriyalı “Rolan Qarros-2018” və “Uimbildon-2019” turnirlərinin qalibi olub.
Namiq HUN
tag: Ruminiya,Tennis,Kluj-Napoka,Simona Halep,Todaypress.az,