Rumıniya çempionatının azərbaycanlı ustaları

İdman

24.01.2025 17:15

“Alba”da çıxış edən Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Alena Xarçenko statistik göstəriciləri ilə Rumıniya çempionatının ən yaxşıları sırasında yer alıblar. 

TodayPress xəbər verir ki, hesabında 217 xal olan Ruban liqanın ən məhsuldar hücumçusudur. 

Yelizaveta həm də hücumları uğurla başa vuran hücumçular siyahısında ikincidir.

O, hər setə 4,43 xal qazanıb. 

Xarçenko isə liqanın ən yaxşı blokçularının siyahısına başçılıq edir.

Onun göstəricisi orta hesabla hər setdə 1,41 blokdur.   

Namiq HUN

tag: Alba,Hesab,Xarçenko,Məhsul,Todaypress.az,