Rumıniya, Belçika və Slovakiya vacib 1 xalı qazandı

İdman

26.06.2024 22:45

Avropa çempionatının E qrupunda sonuncu turun oyunları keçirilib.

TodayPress xəbər verir ki, bütün komandaların eyni xalı olduğundan son tur həlledici xarakter daşıyırdı. Son turun hər iki oyunu heç-heçə başa çatıb.

Rumıniya - Slovakiya görüşündə tərəflər hərəyə 1 qol vurublar. Ondrey Duda Slovakiya millisini 24-cü dəqiqədə hesabda irəli çıxartsa da, qarşı tərəf Razvan Marinin qolu ilə hesabı bərabərıləşdirib 1:1.

Belçika – Ukrayna matçında da heç-heçə qeydə alınıb. Bu qarşılaşmada komandalar qolsuz bərabərliyə razılaşıblar 0:0.

Bu nəticələrdən sonra Rumıniya, Belçika və Slovakiya yığmaları 1/8 finala yüksəliblər.

 

Namiq HUN

tag: Avropa çempionatı, Rumıniya, Slovakiya, Ukrayna, todaypress.az,