Rüdiger yenə sıradan çıxdı
“Real Madrid” futbol klubu ciddi itki ilə üzləşib.
TodayPress xəbər verir ki, “kral klubu”nun müdafiəçisi Antonio Rüdiger sıradan çıxıb.
O, La Liqanın XXVII turunda, “Rayo Valyekano” ilə görüşü buraxa bilər.
Almaniyalı futbolçu xəstələndiyindən komandadan ayrı məşq edib.
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildə “Çelsi”dən “Real”a transfer olunub. Namiq HUN
tag: Antonio Rudiqer,Real Madrid,Zədə,Klub,Todaypress.az,